Şriftin ölçüsü :

Saytın rəngi :

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirilmişdir

05 iyun 2018 | 16:00

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri genişləndirilmiş, 20 min hektar sahədə əkin aparılmışdır.
  Artıq rayonda kartofçuluq əsas kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdir. Öz fəaliyyətlərini aqrar sahədə quran iş adamları, ayrı-ayrı sahibkarlar, rayon sakinləri kartof əkininə daha çox diqqət yetirir, əkin sahələrini genişləndirirlər.
Rayondakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı buna əyani şəkildə sübutdur. Əvvəlki illərdə olduğu kimi, bu il də təsərrüfatda məhsul istehsalının artırılması istiqamətində böyük işlər görülür. Cari ildə təsərrüfatda  202 hektar sahədə kartof və 1502 hektar sahədə taxıl əkini aparılmışdır. Yüksək məhsuldarlıq əldə edilməsi üçün sahələrdə aqrotexniki qaydalara əməl olunmuşdur. 
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının əkin sahələrinə baxış keçirmiş, mövcud vəziyyətlə maraqlanmışdır.

Keçidlər