Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı kümçülər 1568 kq barama təhvil veriblər

11 iyun 2018 | 16:00

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.
Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun bariz nümunəsidir.
Bu qayğıdan ruhlanan kümçülər işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, kümçülər keyfiyyətli barama əldə edirlər.
Qazax rayonunda da barama tədarükünə başlanılıb. Artıq kümçülər yetişdirdikləri 1568 kiloqram məhsulu rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Qeyd edək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər 5000 kiloqram barama təhvil verməyi qarşılarına məqsəd qoyublar.

 

Keçidlər