Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

16 iyul 2018 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin iyul ayının 20-də saat 11ºº-da Qazax şəhərində Ədəbiyyat muzeyində (Heydər Əliyev prospekti, 98A ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən Qazax rayonundan olan vətəndaşlar (02229) 5-16-71 və ya (050) 342-62-39 nömrəli telefon vasitəsi ilə əlaqələndirici şəxs Valeh Vəliyevə müraciət etmələri xahiş olunur.

Keçidlər