Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika müsabiqəsi başa çatmışdır

12 mart 2015 | 16:00

Bildiyiniz kimi, 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin respublika mərhələsi başa çatmışdır.
  Bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 215 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qazax, Masallı və Balakən məktəblərindən 13 şagird namizəd olaraq seçilib. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Qazax rayonundakı Canalı kənd orta məktəbinin 10-cu sinif şagirdi İsmayılova Səbinə Emil qızı da respublika müsabiqəsinin qalibləri sırasındadır. Bu qələbəsi ilə Səbinə İsmayılova 20-29 iyul 2015-ci il tarixlərində Bakl şəhərində keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək üçün vəsiqə qazanmışdır.
    Səbinə İsmayılovanı biz də ürəkdən təbrik edirik, ona elm uğrunda apardığı mübarizədə daha böyük uğurlar arzulayırıq.

Keçidlər