Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

10 mart 2019 | 16:00

Qarşıdan ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri 9-10 mart tarixlərində qəbiristanlıqlarda olublar.

Bu gün şəhər və kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri hamılıqla iştirak edib.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Keçidlər