Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər bağçalarında olub

12 aprel 2019 | 16:00

Son illər ölkəmizdə dövlət tərəfindən gələcəyimiz olan uşaqlara ayrılan diqqət və qayğı, göstərilən nəvaziş göz qabağındadır. Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə əsası ulu öndər lider Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 
Ölkə başçısı İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncamı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Qazaxda uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı ildən-ilə artır. Bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 17-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılması və körpə fidanların istifadəsinə verilməsi bu dediklərimizin bariz nümunəsidir.
Fəaliyyətə başladığı ilk gündən dövlətin uşaqlarla bağlı həyata keçirdiyi siyasəti Qazaxda olduğu kimi yerinə yetirən icra başçısı körpə fidanlarımıza hər zaman diqqət və qayğı ilə yanaşır. Hər bir körpəyə öz nəvəsi kimi yanaşan icra başçısı onlara göstərilən xidmətlərlə, diqqət və qayğı ilə daim maraqlanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də şəhərin mərkəzində yerləşən daha 3 bağçada – 1,3 və 6 saylı körpələr evi-uşaq bağçalarında olub.
Körpələrə verilən ərzaqların keyfiyyəti, uşaqlara göstərilən diqqət və qayğı ilə yaxından maraqlanan icra başçısı bu sahədə daha diqqətli olmağı bildirib. Balaca fidanların tibbi müayinə olunmalarına xüsusi nəzarət edilməsini və uşaqların mütəmadi olaraq müayinədən keçirilmələrini qeyd edib.
Hər üç bağçanın müəllimləri, tərbiyəçiləri yaradılan şəraitə, uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər