Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda yeni ağac əkini kompaniyasına start verilmişdir

27 noyabr 2015 | 16:00

Son illər  Qazax rayonunda yeni ağac əkilməsi, yaşıllıqların salınması ənənə halını almışdır. Noyabr ayının son günlərindən başlayaraq rayonda yeni ağac əkini kompaniyasına start verilmişdir. Bu məqsədlə əvvəlcədən geniş hazırlıq işləri aparılmış, yeni tinglər və ağac kolları əldə olunmuş, çalalar qazılmış, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlar və rayon sakinləri bu işə cəlb olunmuşlar.  Bütün bunların nəticəsidir ki, rayonda ağac əkini kompaniyası yüksək mütəşəkkil formada başlamış və  ilk gündən başlayaraq Bakı-Gürcüstan avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində, yol kənarlarına və rayonun müxtəlif yaşayış massivlərinə  3 mindən çox Eldar şamı və küknar ağacı əkilmişdir. 
Hazırda bu istiqamətdə işlər davam edir.

Keçidlər