Şriftin ölçüsü :

Saytın rəngi :

“Yazar olmaq istəyirəm” adlı layihə çərçivəsində tədbir keçirilmişdir

08 yanvar 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yazar olmaq istəyirəm” adlı layihə çərçivəsində tədbir keçirilmişdir. Qazax şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə gənc yazarlar, poeziya sevən məktəblilər, müəllimlər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə layihənin rəhbəri Gülnar Nəzərova çıxış edərək layihə haqqında ətraflı məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi belə layihələrin əhəmiyyətindən danışmışdır.
Layihənin keçirilməsində məqsəd Ağstafa və Qazax rayon məktəbliləri arasında yazar olmaq istəyən şagirdlərlə görüşmək, onları üzə çıxarmaq və yazdıqları hekayələrlə tanış olmaqdır.
İki mərhələdən ibarət olan layihə çərçivəsində məktəblilər öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Birinci mərhələdə yazar-ekspet Rüfət Əhmədzadə şagirdlərə yazar olmaq üçün hansı keyfiyyətlərin olmasından, hansı mövzulara müraciət etmələrindən danışmış, onlarda olan istedadın üzə çıxarılmasında belə layihələrin olduqca böyük əhəmiyyət kəsb etməsindən söz açmışdır.
İkinci mərhələdə şagirdlərə sərbəst mövzu ətrafında öz fikirlərini çatdırmaları tövsiyə olunmuşdur. Yazılar yazar-ekspert tərəfindən yoxlanılmış, 5 nəfərin yazısı fərqlənmişdir.
Tədbirin sonunda qalib adını qazanan I, II, III yerlərin sahiblərinə Sertifikat, hədiyyə və yazar-ekspert tərəfindən müəllifin kitabı təqdim olunmuşdur.

Keçidlər