Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhərin prospekt və küçələrində aparılan abadlıq işləri öz axarı ilə davam edir

18 yanvar 2021 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra edilməkdədir. Dövlət başçısının diqqət və qayğısı sayəsində respublikamızın bölgələrini əhatə edən quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması haqqında söhbət açdığımız abadlıq işlərinin bariz nümunəsidir. Məhz bu işlər nəticəsində Qazax bölgənin gündən-günə inkişaf edən, abadlaşan rayonları sırasına daxil olur.
Yola saldığımız 2020-ci ildə tikinti-quruculuq işlərinə necə start verilmişdisə, qarşıladığımız yeni ildə də ilk gündən abadlıq işlərinə həmin sürətlə başlanılıb. Görülməsi nəzərdə tutulan işlərə nəzər yetirsək əminliklə söyləyə bilərik ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda bu il də daha çox iş görüləcək.
Xəbər verdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Təqdirəlayiq hal isə odur ki, təkcə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi aparılmır, eyni zamanda işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha iki küçəsində - Azadlıq və Murtuz Carçıyev küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işlərinə, o cümlədən köhnə tametlərin sökülərək yenidən vurulmasına başlanılıb.
Qazaxda aparılan genişmiqyaslı quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Heydər Əliyev prospekti

Molla Vəli Vidadi küçəsi

Şəhidlər Xiyabanı küçəsi

Murtuz Carçıyev küçəsi

Keçidlər