Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Şıxlı və Qaymaqlı kəndlərində hesabat yığıncaqları keçirilmişdir

19 yanvar 2017 | 16:00

Hesabat yığıncağını giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il rayonumuz üçün də uğurlu olmuşdur və tikinti-abadlqı işləri daha da genişlənmişdir. Bütün bunların ölkə prezidenti İlham ƏIiyev cənablarının düzgün siyasətinin nəticəsi olduğu bildirilmişdir.
Sonra İkinci Şıxlı kənd icra nümayəndəsi Qabil Məmmədov çıxış etmiş, 2016-cı ildə Respublikamızda və eləcə də Qazax rayonunda sosial-iqtisadi inkişaf və tikinti-quruculuq sahəsində əldə olunmuş uğurlar, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, aprel döyüşlərində qazanılmış böyük hərbi qələbə, ölkəmizdə referendumun demokratik və şəffaf keçirilməsi, İcra başçısı cənab Rəcəb Babaşovun kəndlərdə yerli əhali ilə tez-tez görüşməsi, kənd sakinlərindən şəhid ailəsi Rəsul Musayevin evinin 80 kvadrat metr çöl hissəsində suvaq işlərinin aparılması, dam örtüyünün təmir olunması, şəhid ailəsi Müsənbər Hacıyevaya tikinti materiallarının alınıb verilməsi, BVM veteranlarının abidə kompleksində təmir işlərinin aparılması, kəndin giriş hissəsindəki hasarın 37 kvadrat metr dağılmış hissəsinin bərpa olunması və kənd təsərrüfatında görülən işlər barədə yığıncaq iştirakçılarına məlumat vermişdir. 
Bildirmişdir ki, 2017-ci ilin məhsulu üçün 1350 hektar sahə əkilmiş, bunun 1120 hektarı buğda, 228 hektarı arpa olmuşdur. Kənddə 4 hektar şəkər çuğunduru, 2 hektar ərazidə tütün əkilməsi və 300 kiloqram barama istehsal edilməsi nəzərdə tutulur. Əkinçilərdən 294 nəfərinə 22222 manat subsidiya ödənilmişdir.
Kənd sakinlərindən Rahilə Osmanova, Nərminə Kələşova, Qurban Mikayılov, Zakir Rəhimov və İlham Musayev yığıncaqda çıxış edərək rəy və təkliflərini bildirmişlər. İlham Musayev İkinci Şıxlı kənd su arxının beton üzlüyə alınmasını xahiş etmişdir.
Qaymaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncağını Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il rayonumuz üçün də uğurlu olmuşdur və tikinti-abadlqı işləri daha da genişlənmişdir. Bütün bunların ölkə prezidenti İlham ƏIiyev cənablarının düzgün siyasətinin nəticəsi olduğu bildirilmişdir.
Sonra çıxış üçün söz kənd icra nümayəndəsi Fikrət Əfəndiyevə verilmişdir. F.Əfəndiyev 2016-cı ildə ölkəmizdə və Qazax rayonunda sosial-iqtisadi inkişaf və tikinti –abadlıq sahəsində görülmüş işlər, Azərbaycan beynəlxalq nüfuzunun və hərbi qüdrətinin  artması, cəbhədəki uğurlar, İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun 5 dəfə kənd əhalisi ilə görüşməsi, qaldırılmış problemlərin yerindəcə həll olunması, kənddə qaz, işıq, su, yol cəhətdən heç bir problem olmadığı və digər məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, kənddə İcra başçısı cənab Rəcəb Babaşovun köməyi ilə torpaq sürüşməsi ilə əlaqədar yolda 58 metr məsafəyə hasar çəkilmiş, şəhidlər xiyabanında təmir işləri aparılmış, transormatorlar və elektrik dirəkləri təmir olunaraq yenisi ilə əvəz olunmuşdur.
2017-ci ilin məhsulu üçün 710 hektar şum aparılmış, 330 hektarda buğda əkilmiş, 40 hektarda şəkər çuğunduru əkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa 126 nəfər əkinçiyə 22961 manat subsidiya ödənilmişdir.
Kənddə Qarabağ əlilləri və şəhid ailələrinə, aztəminatlı ailələrə maddi yardımlar göstərilmişdir.
Kənd sakinlərindən Nəsib Süleymanov kənddə iki körpünün əsaslı təmir edilməsini, Əmrah Məmmədov əlavə iki artezian quyusunun qazılmasını, Fərhad Əliyev su xətlərindəki qidrantların ara məsafələrinin  yaxınlaşması barədə təkliflər vermişlər.
Hər iki hesabat yığıncaqda qaldırılan məsələlərin həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova, RİHB aparatınta ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev,  şöbə müdirinin müavini Yaşar Əfəndiyev, aparatın məsul işçilər Barat Vəliyev, Qərib Bayramov, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

Keçidlər