Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar Səyyar “ASAN qatar”ın xidmətindən razı qalmışlar

16 fevral 2017 | 16:00

Səyyar “ASAN qatar” respublikada ilk dəfə olaraq fevral ayının 1-dən başlayaraq 15 gün müddətində Qazax rayon vətəndaşlarına xidmət etmişdir. Vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, tibb xidmətləri və   Azərbaycan Dəmir Yolları ASC–nin  bilet satışının həyata keçirilməsi ilə bağlı xidmətlər göstərilmişdir.  Fevral ayının 1-dən 16-dək müraciət etmiş 4531 nəfər vətəndaşdan 4249 nəfəri  xidmətin fəaliyyətindən yararlanmışdır. Şəffaf şəraitdə göstərilən xidmətdən əhali çox razılıq etmişdir.  
Bütün bunlara görə rayon vətəndaşları ölkə başçısı İlham Əliyev cənablarına və onlar üçün yaradılmış şəraitə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər