Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz yarmarkası keçiriləcəkdir

13 mart 2017 | 16:00

Bayram ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə 15-16-17 mart 2017-ci il tarixlərdə Qazax şəhərindəki Təzə Bazarda Novruz yarmarkası keçiriləcəkdir. Bu məqsədlə təzə bazarda istehsalıçıların məhsullarının daşınması, yerləşdirilməsi üçün lazımi  şərait yaradılmışdır. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə qiymətlər daha əlverişlidir.
Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydala bilərlər.

Keçidlər