Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur

01 iyun 2017 | 16:00

Qazaxda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş qeyd olunmuşdur.  Qazax rayon Mədəniyyət Mərkəzində, həmçinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində bayram şənlikləri keçirilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva bu günü uşaqlar arasında keçirmək üçün rayonda fəaliyyət göstərən 1 və 5 saylı körpələr evi-uşaq bağçalarına baş çəkmişlər. Cənab Rəcəb Babaşov tədbirlərdə çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik etmiş, onlara ən səmimi arzularını bildirmişdir. Qeyd etmişdir ki, “Uşaqlar bizim gələcəyimizdir” - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında əlamətdar gün münasibətilə bütün körpələri təbrik edərək onlara xoşbəxt həyat, uğurlu gələcək arzulamışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Ona görə də bu gün azərbaycanlı uşaqlar çox xoşbəxt və firavan yaşayır, Vətənə, dövlətə, xalqa layiq vətəndaş kimi yetişirlər.
Bayram tədbirlərində valideynlər, baba və nənələr, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradılmasını qeyd edərək böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra uşaqlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs etmişlər.  Onların çıxışları alqışlarla qarşılanmışdır.
Sonda uşaqlara bayram süfrəsi açılmış,  xatirə şəkilləri çəkilmişdir.

Keçidlər