Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı sərhəd kəndlərdə əhali ilə görüşmüşdür

02 iyun 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov  sərhəd kəndlərində əhali ilə görüşmüşdür.  Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout və Abbasbəyli kəndlərində keçirilən görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və  aparatın məsul işçiləri iştirak etmişlər.
Görüşlərdə rayon İcra Hakimiyyətinin Başçısı cənab  Rəcəb Babaşov çıxış edərək mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, bu gün sərhəd kəndlərinə olduqca böyük diqqət və qayğı göstərilir. Yerli sakinlərin təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bunun üçün biz əlimizdən nə gəlirsə edirik və bu işlər gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəkdir. Elə etmək lazımdır ki, dinc sakinlər təhlükələrlə üzləşməsinlər. Bunun üçün lazım gələn bütün tədbirlər görülüb və bu proses gələcəkdə də davam etdiriləcəkdir. Məzəm kəndində evlərin qarşısına istinad divarları çəkilib, Quşçu Ayrım kəndində evlərin pəncərələri hörülmüş, Fərəhli və digər sərhəd kəndlərində təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. İcra başçısı bu gün Azərbaycan ordusunun dünyanın ən bacarıqlı və ən qabaqcıl ordularından birinə çevrildiyini qeyd etmişdir.
Quşçu Ayrım kənd sakinlərindən Lətif Dünyamalıyev, Nəsib İsmayılov, Rəsul Rüstəmov, Fərəhlidən Əsmər Məmmədova, Cavahir Kazımova, Etibar Vəliyev, Alpout  kəndindən Faiq Mərdanov, Fərrux Namazov, Məzəm kəndindən Süleyman Süleymanov, Tamella Süleymanova, Tükəzban Qasımova, Məmməd Əliyev və başqaları çıxış edərək Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout və Abbasbəyli kəndlərində görülən işlərə görə Pespublika Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını  və razılıqlarını bildirmişlər.

Keçidlər