Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda açıq turnir keçirilmişdir

18 iyun 2017 | 16:00

  "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qazax rayonunda "Sərhədyanı Rayonlarda Gənclərin Narkomaniyaya Qarşi Maarifləndirilməsi" layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində Karate idman növü üzrə acıq turnir keçirilmişdir. 
Turnirdə 2 şəhər və 3 rayonun (Qazax, Ağstafa, Gəncə, Bərdə və Sumqait) 11 komandasından 145 idmançı iştirak edib. Keçirilən turnir idmançı sayının çoxluğu ilə xususi seçilib. Turnir "Narkotiksiz sağlam həyat" devizi altında keçirilib. Gərgin idman mübarizəsi şəklində keçən görüşlər nəticəsində 7 yaş qrupu üzrə kata  yarışları və 17 çəki  üzrə kumite yarışlarının qaliblər müəyyən edilib. Qaliblər medal və sertifikat ilə təltif olunmuşlar. 
     Turnir çərçivəsində 180 gənc birbaşa və 950 gənc isə dolayısı ilə bəhrələnib. Turnirdə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olunub.
Turnirdə çıxış edən "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev iştirakcılara donor və layihə haqqında məlumat verərək narkomaniyanın fəsadları barədə geniş danışıb.
      Turnirdə qonaqlardan cıxış edən idman mütəxəsisi Vəli Vəliyev gəncləri asudə vaxtlarını səmərəli kecirməyə,idmanla məşqul olmağa dəvət edərək pis vərdişlərdən qorunmağa çağırmışdır.     
   Milli karate federasiyasının Qazax nümayəndəsi Namazov Pərviz turnir iştirakcıları adından cıxış edərək karate idmanının inkişafına verilən bu dəstəyə ğörə Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlıqlarını bildirmişdir.

Keçidlər