Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda abadlıq-quruculuq işləri uğurla davam etdirilir

08 iyul 2017 | 16:00

Son vaxtlar Qazax rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Gürcüstanla sərhəddə Sınıq Körpü sərhəd buraxılış məntəqəsi önündəki yolun ətrafında aparılan irimiqyaslı abadlıq işləri də bu sıradandır. Hər kəsə məlumdur ki, ölkəmizə Qərb qapısından daxil olan və ya yola düşən hər bir insan buradan keçməli olur. Buraxılış məntəqəsi önündəki yaşıllaşdırma və abadlıq işləri həmin insanlarda xoş təəssürat yaradır.

            Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Belə ki, təxminən 6 min kvadratmetr ərazini əhatə edən yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında 380 metr dekorativ tor çəkilib, 200-dən çox həmişəyaşıl kol əkilib. Bundan başqa, ərazinin 400 kvadratmetrdən çox hissəsinə tamet döşənib, sərnişinlər üçün dayanacaq düzəldilib, Ölçüsü təxminən 75 kvadratmetr olan çardaqda dam örtüyü yenilənərək polikarbonat materialdan hazırlıanmış örtüklə əvəzlənib. 290 kvadratmetr əraziyə asfalt vurulub. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb.

            Həmçinin 21 yerə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. 500 metr taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.

            Kənd sakinləri aparılan bu tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. 

 

           

 

Keçidlər