Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Rayon Mərkəzi Xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir

02 avqust 2017 | 16:00

Qazax rayonunda digər sahələrlə yanaşı, sosial sahəyədə də böyük diqqət göstərilir.  Rayonda elə kənd yoxdur ki, orada insanların uzun illərdən bəri ehtiyac duyduqları məsələlər həllini tapmasın. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon mərkəzi xəstəxanasıdır. Hazırda xəstəxana kompleksində tikinti işləri sürətlə davam edir. Ən müasir tələblərə cavab verəcək səhiyyə ocağının bütün korpuslarının beton işləri artıq başa çatmaq üzrədir. Beton işləri ilə yanaşı hörgü işləri də aparılır. Bu da obyektin vaxtında təhvil verilməsinə imkan yaradacaq.
145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Rayon rəhbərliyi yeni səhiyyə ocağının vaxtında istifadəyə verilməsinə ciddi nəzarət edir və lazım olan bütün köməkliklər göstərilir.
  Bundan başqa, rayonun sərhəd kəndi Abbasbəyli kəndində yeni tibb məntəqəsi tikilir. Yaxın günlərdə məntəqənin  istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər