Şriftin ölçüsü :

Saytın rəngi :

Daş Salahlı kəndi ən abad kəndlərdən birininə çevrilir

30 avqust 2017 | 16:00

Rayonun ən böyük kəndlərindən olan Daş Salahlı kəndi 2550 evdən və 3000-dək təsərrüfatdan ibarətdir. Kənd bu gün də öz inkişafının ən yüksək mərhələsini yaşayır. Bu gün kəndin ərazisində yerləşən müəssisələrdən dünyanın 9 ölkəsinə məhsul ixrac olunur və 10091 nəfər əhalisi olan kənd əhalisinin əksəriyyəti həmin müəssisələrdə işləyirlər.  
Bu gün sərhəddə yerləşməsinə baxmayaraq Qazax rayonunun bütün kəndlərində tikinti-quruculuq işləri aparılır, yaşayış məntəqələri abad və yaraşıqlı olur. Elə bir kənd yoxdur ki, orada bir yenilik, bir irəliləyiş olmasın. Rayonun Daş Salahlı kəndində olduğu kimi.
Son 1 il yarım zaman kəsiyində illərlə yığılıb qalmış problemlər  həyata keçirilən tikinti-quruculuq işləri sayəsində tədricən aradan qaldırılır.
  Bu günlərdə isə rayon rəhbərliyinin göstərişinə əsasən Daş Salahlı kəndinin  adablaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq  və abadlıq işlərinə başlanılıb. Kənddə bütün sahələrdə abadlıq və quruculuq işləri gedir. Təmizlik işləri aparılır, işıq, qaz, su, rabitə sahələrində əsaslı tədbirlər həyata keçirilir.
Kənddə hasarlarda abadlıq, suvaq  və rəngləmə işləri aparılır.  Yol kənarlarındakı ərazilərdə kol-kos kənd sakinləri tərəfindən təmizlənir və normal görkəmə salınır. Kəndin ərazisindəki 30 kilometr uzunluğunda olan yollara çınqıl daşınıb tökülür və yollar hamarlanır.
Kəndin işıqlanması sahəsində də xeyli işlər görülüb və bu proses davam edir.  Kəndə gələn bütün köhnə dirəklər yenisi ilə əvəz olunur və sip kabellər çəkilir. Yaxın günlərdə bu işlər kəndin daxilində də həyata keciriləcəkdir.
Kücələrin işıqlandırılması da diqqət mərkəzindədir. Belə ki, kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və ərazi işıqlandırılıb. Eyni proses gələcəkdə bütün küçələrdə həyata keçiriləcəkdir.
Şəxsi evlərlə yanaşı, kənddə olan sahibkarlıq obyektləri də abadlaşdırılır və müasir görkəmə salınır. Yol kənarlarındakı ağaclar ağardılır. Kənddəki poct filialının binası əsaslı şəkildə təmir olunur.
Bundan başqa kənddə 2 və 3 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Yaxın günlərdə bağçaların açılışı gözlənilir.
Görülən işlərdən göründüyü kimi, Daş Salahlı rayonun ən abad kəndlərindən birinə çevrilir.

Keçidlər