Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti-quruculuq işləri daha da genişlənir

23 sentyabr 2017 | 16:00

Bu gün Qazax rayonu böyük bir tikinti meydançasına bənzəyir. Hər yanda tikinti-quruculuq işləri həyata keçirilir. Ən əsası isə odur ki, bu işlər tək rayon mərkəzində deyil, demək olar ki, bütün kəndlərdə,  ən ucqar yaşayış məntəqələrində də tikinti-abadlıq işləri aparılır.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış olub. İlkin olaraq rayon rəhbərliyi N.Nərimanov yaşayış massivində təmir olunan binalarda görülən işlərə baxıb. Görülən işləri yüksək qiymətləndirib, bununla yanaşı bir sıra göstəriş və tapşırıqlarını da verib.
Sonra Heydər Əliyev prospektində aparılan abadlıq işlərinə baxılıb. Orada da aparılan işlərdən razılıq ifadə olunub, bir sıra əlavə tapşırıqlar verilib.
“Göy bina” deyilən yaşayış massivindəki, eyni zamanda 60 ailəlik və digər çoxmənzilli binalarda da  təmir-bərpa işləri günün tələbləri səviyyəsində aparılır. Adları qeyd olunan və təmir edilən digər binalar da yeni görkəm alır. H.Əliyev adına istirahət parkında da təmizlik və səliqə-sahman yaradılıb.
Kommuna kəndində asfalt yolun çəkilişi ilə bağlı məlumat verilib ki, kəndə çəkilən 2,6 kilometr uzunluğunda olan yolda bütün hazırlıq işləri görülüb. Yaxın günlərdə yola asfalt salınacaqdır. Kəndin mərkəzində keçiriləın görüş zamanı sakinlər kəndə yeni yolun çəkilişinə görə ölkə Prezidenti İlham Əliyev cənablarına və İcra Başçısına minnətdarlıqlarını bildiriblər.
Rayonda başqa tikintilərlə yanaşı bağçaların əsaslı şəkildə yenidən qurulmasına da diqqət yetirilir. Bu məqsədlə Xanlıqlar və Kosalar kəndlərində əsaslı təmir olunan bağçalara da baş çəkilib. İcra Başçısı burada aparılan təmir-bərpa işlərindən razı qaldığını bildirib.
Beləliklə Qazax rayonu günü-gündən inkişaf edir və gözəlləşir. Qazaxda aparılan tikinti-quruculuq və abadlıq işləri daha da genişlənir.

Keçidlər