Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə birinciliyində Qazaxlı atletlər 6 qızıl medal qazanıb

06 oktyabr 2017 | 16:00

2-6 oktyabr 2017-ci il tarixlərdə Ağır Atletika üzrə keçirilən ölkə birinciliyində Qazax komandası uğura imza atıb.
Belə ki, Xaçmaz şəhər Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında keçirilən birincilikdə Qazax atletləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
İdmançılardan Aişə Əliyeva və Fırat Məmmədov (30 kq), Ravin Alməmmədov (34 kq), Qasım İsmayılov (38 kq), Abdulmətin İsmayılov (56 kq), Arif Mustafazadə (+69 kq) I yeri qazanaraq birinciliyin qızıl medalını əldə ediblər. Səbuhi Orucov (62 kq) isə gümüş medala layiq görülüb. 38 kq çəki dərəcəsində Mübariz Yerevanlı  kürsüdə III yeri bölüşərək bürünc medala sahib olub.

Keçidlər