Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatında işlər sürətlə aparılır

07 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da ardıcıl həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri genişləndirilir, yeni kənd təsərrüfatı bitkiləri əkilir.
Havaların əlverişli keçməsi rayonda kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan vermişdir. Hazırda rayon üzrə bütün əkinə yararlı sahələrdə şumlama işləri aparılır. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar ayrılmışdır.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində görülən işlərlə taniş olmaq üçün rayonun bir neçə kəndinə baş çəkib. Birinci Şıxlı kəndində olan İcra Başçısı sahələrin şumlanması ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, bu il əkin sahələri daha da genişləndirilib. Ona görə də nəzərdə tutulduğundan xeyli çox sahədə şum qaldırılır. Şum aparılması üçün kifayət qədər texnika ayrılıb. Traktorlarla hər gün nəzərdə tutulduğundan xeyli çox sahənin şumu qaldırılır. Bildirilib ki, işlərin gedişi belə deməyə əsas verir ki, yaxın vaxtlarda payızlıq taxıl əkininə başlanacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olduqdan sonra işlərin daha da sürətləndirilməsini tapşırıb.
Sonra Kosalar kəndinə gələrək tütün sahələrində işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, 30 hektar sahədən indiyə kimi 22 tondan çox məhsul toplanaraq təhvil verilib. Bildirilib ki, məhsul yığımı daha da sürətləndiriləcək və qarşıya qoyulan vəzifə yerinə yetiriləcəkdir. Bunun üçün sahələrdə kifayət qədər məhsul var.
Tütünçülərə işlərin sürətini daha da artırmaq üçün lazımı tapşırıqlar verilib.

Keçidlər