Şriftin ölçüsü :

Saytın rəngi :

“Hərəyə bir ağac əkək” kampaniyası uğurla davam edir

30 noyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı ağacəkmə aksiyasına başlayıb. “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində həyata keçirilən aksiyada YAP Qazax rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya rayonun Dəmirçilər kəndi ərazisində olan 3 hektar sahədə həyata keçirilib. 1600 ədəd ərik ağacının əkilməsi ilə gerçəkləşən aksiyada basdırılan tinglər sahəyə cəlb edilmiş su maşınları vasitəsilə suvarılıb.
Qazaxda ənənə halını almış, eləcə də YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş ağacəkmə kampaniyasında məqsəd rayon ərazisində, istər şəhər, istərsə də kəndlərdə yaşıllıq zolaqlarını genişləndirmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Həmçinin günü-gündən gözəlləşən rayonumuzun ekoloji cəhətdən də inkişaf edən rayonlar sırasında olması üçün görülən işlərə dəstək olmaqdır.
Ağacəkmə aksiyası davam edir.

Keçidlər