Şriftin ölçüsü :

Saytın rəngi :

Elektrod zavodunda işlər sürətlə gedir

18 dekabr 2017 | 16:00

Prezident İlham Əliyev cənablarının sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açıb. Ölkə başçısının göstərdiyi diqqət və qayğı nəticəsində sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Qazax rayonu da sahibkarlığın inkişafı üçün əlverişli rayondur.
Sahibkarlığın rolunun gücləndirilməsinin, bu istiqamətdə göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarların sayı daha da artır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna gəlib, burada görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2100 kvadrat metri örtülü sahədir ki, burada məhsul istehsal ediləcəkdir. Hazırda zavodda həm hörgü işləri görülür, həm də rəngləmə və digər tikinti işləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov görülən işlərlə tanış olduqdan sonra  öz tövsiyələrini verib.

 

Keçidlər