Rayonumuzda Çiçək bayramının keçirilməsi artıq ənənə şəklini almışdır. Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin anadan olduğu günü Çiçək bayramı ilə böyük təntənəli şəkildə qeyd edirik.
Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümü münasibətilə İcra Hakimiyyəti Aparatında görüş keçirilmişdir. Görüşdə Böyük Vətən Müharibəsi veteranları iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin akt zalında bu münasibətlə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək bildirmişdir ki, 20 il bundan əvvəl Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.