Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2023-cü ildə Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

 

2023-cü ildə Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 542149,4 min manat təşkil etmiş və əvvəlki ilə  nisbətən 2,3 faiz azalmışdır. Məhsul buraxılışının həcmi 2022-ci illə müqayisədə sənayedə 10,0 faiz, tikintidə 5,8 faiz azalmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 25,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 10,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,4 faiz artmışdır. 

2023-cü il ərzində məhsul və xidmətlərin 84,1 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 5644,5 manat təşkil etmişdir. 

Sənaye: 2023-cü il ərzində faktiki qiymətlərlə 222 milyon 692,0 min manatlıq və ya 2022-ci ilə nisbətən 10,0 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 12,0 faiz, emal sektoru 74,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 12,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 86,8 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilə nisbətən faktiki qiymətlərlə 27,5 faiz artmışdır. 2023-cü  ildə  mədənçıxarma sektorunda 26 milyon 650,6 min manatlıq, emal sektorunda 166 milyon 618,5 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilə nisbətən məhsul istehsalı mədənçıxarma sektorunda 26,2 faiz, emal sektorunda 12,6 faiz azalmışdır. Emal sektorunda 2022-ci ilə nisbətən tikinti  materiallarının istehsalı 4,4 faiz, mebellərin istehsalı 7,1 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilə nisbətən 4,4 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 98622,2 MVt.s elektrik enerjisi, 145,1 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 21,3 faiz artmış, əhaliyə və digər istehlakçılara 1089,4 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 

2023-cü ildə heyvandarlıq sahəsində 5626,2 ton ət (diri çəkidə), 31724,0 ton süd, 12700,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilə nisbətən ət istehsalı 56,8 ton (1,0 faiz), süd istehsalı 63,4 ton (0,2 faiz) azalmış, yumurta istehsalı 30,0 min ədəd (0,2 faiz), yun istehsalı isə 1,4 ton (0,6 faiz) artmışdır. 

2024-cü ilin yanvar ayının 1-nə 29495 baş iribuynuzlu mal-qara (ondan 16054 baş inək və camış), 126349 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilə nisbətən mal-qaranın baş sayı 0,4 faiz azalmış, qoyun və keçilərin baş sayı isə 0,3 faiz artmışdır.

Tikinti: 2023-cü il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 61 milyon 401,3 min manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 0,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 58 milyon 236,0 min manatı və ya 94,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat: 2023-cü il ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14533,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilə nisbətən 21,9 faiz artım müşahidə olunmuşdur. 2023-cü ildə avtomobil nəqliyyatı ilə 1410,0 min ton yük daşınmış və 2022-ci ilə nisbətən 10,1 faiz artmışdır. 

İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ildə faktiki qiymətlərlə 2 milyon 334,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 2 milyon 35,6 min manatı və ya 87,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci illə  müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 10,4 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 85,8 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilə nisbətən 5,2 faiz artmışdır. 

Pərakəndə ticarət: 2023-cü ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 295 milyon 729,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 43 milyon 971,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 32,7 faiz artmışdır. Ticarət şəbəkələrində 172 milyon 582,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 123 milyon 147,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci illə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 2,0 faiz, qeyri-ərzaq məhsullarının satışı 2,9 faiz artmışdır. 

İstehlak qiymət indeksləri: 2023-cü ilin dekabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,4 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətlərində 0,9 faiz bahalaşma, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz ucuzlaşma müşahidə olunmuş, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2023-cü ilin yanvar-dekabr aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 8,7 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 12,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 5,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,9 faiz bahalaşma müşahidə olunmuşdur. 

Əməkhaqqı: 2023-cü ildə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 652,6 manat, dövlət sektorunda 651,2 manat, qeyri-dövlət sektorunda 654,6 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1115,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 851,4 manat, maliyyə və sığorta sahəsində 1420,1 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 405,8 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 964,6 manat, təhsil sahəsində 589,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 707,4 manat, istirahət, əyləncə və incəsənət sahəsində 474,2 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət: 2023-cü ildə rayon əhalisinin sayı 433 nəfər artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 96 min 206 nəfər təşkil etmişdir. 

Cədvəl 1

Makroiqtisadi göstəricilər 

 

2023-cü il,

faktiki

qiymətlərlə 

 

2023-cü il

2022-ci ilə

nisbətən,

faizlə

Məlumat üçün

2022-ci il

2021-ci ilə

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

542149,5

97,7

116,6

Sənaye məhsulunun ümumi həcmi*), min manat

222692,0

90,0

119,2

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

61401,3

 

58236,0

99,2

 

94,2

184,3

 

198,5

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

152272,2

104,4

103,1

Nəqliyyat sektorunda yük daşınması*), min ton                 

1410,0

110,1

113,1

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

14533,0

11922,0

126,8

İnformasiya və rabitə xidmətləri,  min manat

2334,2

110,4

111,7

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

295729,3

102,4

100,3

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

43971,4

132,7

106,0

Orta aylıq nominal əməkhaqqı, manat,

652,6

116,4

116,8

Əhalinin sayı,  01.01.2024vəziyyətinə, nəfər

96206

100,5

100,5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla

Ümumi məhsul buraxılışı

2023-cü il ərzində 542 milyon 149,5 min manat həcmində və ya 2022-ci ilə nisbətən 2,3 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 5647,4 manat təşkil etmişdir. 2023-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 222 milyon 692,0 manat (41,1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 152 milyon 272,2 min manat (28,1 faiz), tikintidə 58 milyon 236,0 manat (10,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 11 milyon 981,7 manat (2,2 faiz), informasiya və rabitə sahəsində 2 milyon 334,2 min manat (0,4 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 94 milyon 633,4 min manat (17,5 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 10,0 faiz, tikintidə 5,8 faiz azalmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 25,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 10,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,4 faiz artmışdır. 

Cədvəl 2 

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                            

2023-cü il

faktiki

qiymətlərlə,

min manat

2022-ci il

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2023-cü il 

2022-ci ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

222692,0

179476,1

137,9

161528,5

90,0

41,1

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

152272,2

136238,4

107,1

142220,7

104,4

28,1

Tikinti

58236,0

61814,8

100,0

58236,0

94,2

10,7

Nəqliyyat və anbar təsərrüfatı 

11981,7

9144,0

104,4

11476,7

125,5

2,2

İnformasiya və rabitə

2334,2

2114,9

100,0

2334,2

110,4

0,4

Ticarət; nəqliyyat vasitələrinin təmiri

94633,4

84716,8

109,1

86740,0

102,4

17,5

Yekun:

542149,5

473505,0

117,2

462536,1

97,7

100,0

 

                                                                                                                                                                                  Qrafik1

2023-cü ildə  ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                               Qrafik 2

2023-cü ildə ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

Sənaye

2023-cü il ərzində sənaye müəssisələri tərəfindən 222 milyon 692,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci illə  müqayisədə 10,0 faiz az olmuşdur. Ümumi istehsalın 95,1 faizini sənaye məhsulları, 4,9 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 74,8 faizi emal, 12,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 12,0 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilə nisbətən faktiki qiymətlərlə 1,3 dəfə artaraq 193 milyon 329,3 manat və ya sənaye məhsulunun 86,8 faizini təşkil etmişdir. 

Qrafik 3

2023-cü ildə məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə

 

İstehlakçılara 226 milyon 131,2 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 11001,7 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 4,9 faizini təşkil etmişdir. 

Cədvəl 3 

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2023-cü ildə

istehsal

edilmişdir,

min manatla

2022-ci ilə

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

Cəmi *)

222692,0

90,0

100,0

o cümlədən:

 

 

 

   dövlət sektoru

29362,7

-

13,2

   qeyri-dövlət sektoru

193329,3

-

86,8

Mədənçıxarma sənayesi

26650,6

73,8

12,0

o cümlədən:

mədənçıxarma sənayesinin digər sahələri

 

26650,6

 

73,8

 

12,0

 Emal sənayesi

166618,5

87,4

74,8

o cümlədən:

 

 

 

qida məhsullarının istehsalı

5776,5

-

2,6

içki istehsalı

1185,5

22,0

0,5

toxuculuq  sənayesi

8,4

87,5

0,01

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

84,9

-

0,04

poliqrafiya məhsullarının istehsalı

60,9

426,4

0,03

rezin və plastik kütlə məmulatlarının istehsalı

261,9

-

0,13

tikinti materiallarının istehsalı

149255,5

104,4

67,0

elektrik  avadanlıqlarının istehsalı

22,8

321,2

0,04

mebellərin istehsalı

9861,0

107,1

4,4

sair sənaye məhsullarının istehsalı

11,1

123,9

0,01

maşın və avadanlıqların quraşdırılması və təmiri

90,0

370,3

0,04

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

27873,5

 104,4

 12,5

Su təchizatı, tullantıların

təmizlənməsi və emalı

1549,4

 

121,3

 

0,7

 o cümlədən: suyun yığılması,

 təmizlənməsi və paylanması 

958,5

 

-

 

0,4

 digər tullantıların yığılması və məhv edilməsi

590,9

-

0,3

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Emal sektorunun müəssisələri tərəfindən 2023-cü il ərzində 166 milyon 618,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul  istehsalının ümumi həcmində 74,8 faiz təşkil etmiş və 2022-ci ilə nisbətən 12,6 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (89,6 faiz), qida məhsullarının istehsalı (3,5 faiz), mebellərin istehsalı (5,9 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı faktiki qiymətlərlə 2,6 faiz artaraq 5 milyon 776,5 min manata çatmış və bölmənin məhsullarının 3,5 faizini təşkil etmişdir. 

İçki istehsalının real həcmi 1 milyon 185,5 min manat olmuş, bölmə üzrə məhsulun 0,7 faizini təşkil etmişdir.

Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 8,4 min manatlıq məhsul istehsal edilmişdir. 2024-cü ilin yanvar ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü ildə 27 milyon 873,5 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci illə müqayisədə 4,4 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 98622,2 MVts elektrik enerjisi, 145,1 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilə nisbətən 21,3 faiz artmış və 1 milyon 549,4 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1089,4 min kubmetr təbii su verilmişdir. 

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və

ölçü vahidi

2023-cü ildə istehsal

edilmişdir 

2022-ci

ilə

nisbətən,

faizlə

01.01.2024-cü il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

125542,0

71,4

117738,0

əhəngdaşı  tozu, ton

20841,0

64,5

-

inşaat  üçün əhəng     daşı, ton

33600,0

90,4

 

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

345,6

99,9

-

çörək, ton

3239,4

91,8

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

69,1

267,8

-

Toxuculuq  sənayesi

ilməli xalça, kv.m 

42,0

87,5

-

Mebellərin istehsalı

yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

7050

128,5

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

116482,2

100,2

-

qazın bölüşdürülməsi, milyon kub metr

148,8

105,4

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

 

5516,7

 

112,1

-

təbii suyun yığılması və bölüşdürülməsi,

min kub metr

1259,6

 

96,1

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2023-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 61 milyon 401,3 min manat və ya 2022-ci illə müqayisədə 0,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 58 milyon 236,0 min manatı və ya 94,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 92,3 faizini dövlət sektoru, 7,7 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. 

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2023-cü il,

min manatla

2022-ci ilə nisbətən, faizlə

Ümumi

 həcmdə   xüsusi çəkisi, faizlə

Cəmi

61401,3

99,2

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

56697,3

106,5

92,3

qeyri-dövlət sektoru

4704,0

54,2

7,7

ondan:

 

 

 

fərdi yaşayış evlərinin tikintisinə

4620,0

95,0

7,5

Qrafik 4

Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə

Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2023-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 12 milyon 664,0 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 12 milyon 491,5 min manatını, yaxud 98,6 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 95,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 0,4 faizini əsaslı təmir işləri, 3,2 faizini sair işlər) təşkil etmişdir. 1,4 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Cədvəl 6 

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2023-cü il)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2022-ci ilə

 nisbətən, faizlə

Cəmi

12664,0

100,0

334,4

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

12491,5

98,6

442,9

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma və genişləndirmə

12036,8

95,0

977,3

əsaslı təmir

46,9

0,4

25,7

cari təmir

 

 

 

sair işlər 

407,8

3,2

29,0

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

172,5

1,4

17,8

Kənd təsərrüfatı

2023-cü ildə kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 152 milyon 272,2 min manat təşkil etmiş, 2022-ci ilə  nisbətən 4,4 faiz artmışdır.

Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 7-ci cədvəllə xarakterizə olunur: 

Cədvəl 7 

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2023-cü il

2022-ci il

2023-cü il

2022-ci ilə nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18967,0

18970,2

99,9

o cümlədən:

 

 

 

dənlilər və dənli paxlalı bitkilər

12337,0

12015,2

102,7

o cümlədən :buğda

5243,0

4876,6

107,5

arpa

6611,0

6487,6

101,9

vələmir

80,0

90,0

88,9

sorqo

36,0

71,0

50,7

paxlalılar

17,0

16,0

106,3

qarğıdalı

350,0

474,0

73,8

günəbaxan

50,0

44,0

113,6

tərəvəz

780,0

822,0

94,9

bostan

43,0

37,0

116,2

kartof

1300,0

1270,0

102,4

yem bitkiləri

4457,0

4782,0

93,2

bağlar və giləmeyvəliklər (bar verən yaşda)

 

1594,4

 

1571,5

 

101,5

üzüm (bar verən  yaşda)

280,7

280,0

100,3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 8

01.01.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Məhsul toplanmış sahə, hektarla

Məhsul, sentnerlə

Məhsuldarlıq,  sentner/hektara

Buğda 

5243,0

183510,0

35,0

Arpa

6611,0

211560,0

32,0

Vələmir

80,0

2240,0

28,0

Sorqo

36,0

756,0

21,0

Paxlalılar

17,0

357,0

21,0

Qarğıdalı

350,0

18900,0

54,0

Günəbaxan

50,0

1150,0

23,0

Tərəvəz

780,0

175364,0

224,8

Bostan

43,0

10750,0

250,0

Kartof

1300,0

455000,0

350,0

Yem bitkiləri

4457,0

142624,0

32,0

Bağlar və giləmeyvəliklər

(bar verən yaşda)

 

1594,4

 

177958,5

 

111,6

Üzüm (bar verən yaşda)

280,7

37900,0

135,0

 

Heyvandarlıq: 2023-cü ildə heyvandarlıq bölməsində diri çəkidə 5626,2 ton ət, 31724,0 ton süd, 12700,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2022-ci ilə nisbətən yumurta istehsalı 30,0 min ədəd, yun istehsalı 1,4 ton artmış, ət istehsalı 56,8 ton, süd istehsalı isə 63,4 ton azalmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, sentner

 

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən

%

+, -

Ət (diri çəkidə)

56262,0

56830,0

99,0

-568,0

Süd

317240,0

317874,0

99,8

-634,0

Yumurta, min ədəd

12700,0

12670,0

100,2

+30,0

Yun

2376,0

2362,0

100,6

+14,0

2024-cü ilin yanvar ayının 1-i tarixinə 29495 baş iribuynuzlu mal-qara (ondan 16054 baş inək və camış), 126349 baş qoyun və keçi mövcud olmuşdur. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 107 baş (0,4 faiz), inək və camışların sayı 15 baş (0,1 faiz) azalmış, qoyun və keçilərin sayı 345 baş (0,3 faiz) artmışdır.

Cədvəl 10

      Mal-qaranın sayı, 01.01.2024-cü il tarixinə, baş

       

2023-cü il

2022-ci il

2023-cü il

2022-ci ilə nisbətən

%

+, -

İribuynuzlu mal-qara 

29495

29602

99,6

-107

ondan:

 

 

 

 

inək və camışlar

16054

16069

99,9

-15

Qoyun və keçilər

126349

126004

100,36

+345

 

Nəqliyyat

2023-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14533,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilə nisbətən 21,9 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən, faizlə

 Cəmi

14533,0

11922,0

121,9

2023-cü ildə avtomobil nəqliyyatı ilə 1410,0 min ton yük daşınmış və 2022-ci ilə nisbətən 10,1 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən, faizlə

Cəmi

1410,0

1281,0

110,1

 

2023-cü il ərzində nəqliyyat müəssisələri tərəfindən 11 milyon 981,7 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilə nisbətən 25,5 faiz artmışdır. Göstərilmiş xidmətin 987,6 min manatı (8,2 faizi) dövlət sektorunun, 10 milyon 994,1 min manatı (91,8 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13

 

2023-cü  il

2022-ci  il

2023-cü il 2022-ci  ilə nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

                  11981,7

               9144,0

131,0

o cümlədən:

 

 

 

dövlət sektoru

                     987,6

                 339,2

                     291,2 

qeyri-dövlət sektoru

10994,1

8804,8                                 

124,9

İnformasiya və rabitə

 İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ildə 2022-ci illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 10,4 faiz artaraq 2334,2 min manat təşkil etmişdir ki, onun da 2035,6 min manatı (87,2 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilə nisbətən 2,2 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 85,7 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 14,3 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

2334,2

 

2114,9

 

110,4

o cümlədən:

 

 

 

dövlət sektoru

2001,5

1902,4

105,2

qeyri-dövlət sektoru

332,7

212,5

156,6

İstehlak bazarı

2023-cü il ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 339 milyon 700,7 min manat olmaqla 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə  5,6 faiz artmışdır. 

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2023-cü il,

min manatla

2023-cü il 

2022-ci ilə 

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

339700,7

105,6

o cümlədən:

 

 

dövlət mülkiyyəti üzrə

12514,2

101,9

qeyri-dövlət mülkiyyəti üzrə

327186,5

108,7

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

242019,0

 

91,7

Əmtəə bazarı

2023-cü ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 295 milyon 729,3 min manatlıq məhsul satılmış və onun 172 milyon 582,0 min manatını (58,4 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 123 milyon 147,3 min manatını (41,6 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2022-ci ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 2,4 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 2,9 faiz artmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2023-cü il,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2023-cü il 

2022-ci ilə  

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

295729,3

100,0

102,4

o cümlədən:

 

 

 

ərzaq məhsulları, içkilər və tütün məmulatları

172582,0

58,4

102,0

qeyri-ərzaq malları

123147,3

41,6

102,9

2023-cü ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 256,7 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 150,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 106,7 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 21,4 faizini hüquqi şəxslər, 16,6 faizini fərdi sahibkarlar tərəfindən, 62,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2023-cü il,

min manatla

2023-cü il 

2022-ci ilə 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

295729,3

102,4

o cümlədən:

 

 

müəssisələr üzrə

63210,3

98,5

fərdi sahibkarlar üzrə

48971,5

106,7

bazar və yarmarkalar üzrə

183547,5

102,7

Qrafik 5

2023-cü ildə pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 

Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilə nisbətən, 

müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

   2023-cü il

Yanvar-dekabr

102,4

102,0

102,9

   2022-ci il

Yanvar-dekabr

100,3

98,3

102,5

01.01.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 8 milyon 938,6 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2023-cü il ərzində ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə 12,5 faiz artaraq 4 milyon 100,0 min manat olmuşdur.

Cədvəl 19

 

2023-cü il,

min manatla

2023-cü il

2022-ci ilə

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

4100,0

112,5

o cümlədən:

 

 

hüquqi şəxslər  üzrə

-

-

fiziki şəxslər üzrə

4100,0

112,5

Əhaliyə göstərilən ödənişli xidmətlər

2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilə nisbətən real ifadədə 32,7 faiz artaraq 43 milyon 971,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 34 milyon 471,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 78,4 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2023-cü il,

min manatla

2023-cü il

2022-ci ilə

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

 

43971,4

 

132,7

o cümlədən: dövlət sektoru

 

12514,2

 

101,9

qeyri-dövlət sektoru 

31457,2

150,8

ondan: fiziki şəxslər 

9500,0

 

49,8

2023-cü ildə əhalinin hər bir nəfəri orta hesabla 458,0 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri 

 

Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2022-ci il

Yanvar-dekabr

106,0

110,1

103,2

2023-cü il 

Yanvar-dekabr

132,7

245,5

49,8

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 30,0 faiz  təşkil etmişdir.

Cədvəl 22

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2023-cü il,

min manatla

2023-cü il

2022-ci ilə  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

31047,3

233,6

100,0

o cümlədən:

 

 

 

digər sahələrin iri və orta müəssisələri

 

9307,1

 

95,4

 

30,0

o cümlədən:

 

 

 

sənaye

9307,1

95,4

30,0

əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) 

 

21740,2

 

6,2d

 

70,0

Qrafik 6

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə 

Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə isə 108,7 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,9 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə isə 112,6 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 99,9 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə isə 105,3 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,9 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi

 

Cəmi məhsullar və xidmətlər

Ərzaq məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilə

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilə nisbətən, 

faizlə

2023-cü il

Oktyabr

100,2

110,0

100,4

114,7

Noyabr

99,7

109,3

99,6

113,6

Dekabr

100,4

108,7

100,9

112,6

                                                                                                                      ..ardı

 

Qeyri-ərzaq məhsulları 

Xidmətlər

əvvəlki aya nisbətən,

 faizlə

əvvəlki ilə

nisbətən,  

faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilə nisbətən,

 faizlə

2023-cü il

Oktyabr

100,0

105,9

100,0

106,5

Noyabr

99,6

105,6

100,0

106,2

Dekabr

99,9

105,3

100,0

105,9

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ildə 11179 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7008 nəfər (62,7 faiz), qeyri-dövlət sektorunda isə 4171 nəfər (37,3 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,8 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 1,3 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 80,9 faizi xidmət sahələrində, o cümlədən 27,7 faizi təhsil, 21,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,3 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2023-cü ildə hüquqi şəxslər üzrə 81 yeni iş yeri açılmış və 1144 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 18,5 faizi yeni, 81,5 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2022 və 2023-cü illərdə yeni açılmış iş yerlərinin xarakteristikası

 

2022-ci il

2023-cü il

Xüsusi çəkisi, faizlə

 
 

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

135

81

100,0

 

o cümlədən:

 

 

 

 

yeni yaradılmış müəssisə və təşkilatlarda

65

15

18,5

 

mövcud  müəssisə və təşkilatlarda

70

66

81,5

 

fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

-

-

-

 

digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)

-

-

-

 

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1270

1144

100,0

  Qrafik 7

2023-cü ildə yeni açılmış iş yerləri strukturu

(fərdi sahibkarlar istisna olmaqla)

 (yekuna görə, faizlə)

 

Əməkhaqqı

2023-cü ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 652,6 manat, həmçinin, dövlət sektorunda 651,2 manat, qeyri-dövlət sektorunda 654,6 manat təşkil etmiş, 2022-ci ilə nisbətən rayon üzrə 16,4 faiz, o cümlədən dövlət sektoru üzrə 11,7 faiz, qeyri-dövlət sektoru üzrə isə 25,0 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1115,7 manat, mədənçıxarma sənayesində 959,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 851,4 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 868,6 manat, maliyyə və sığorta sahəsində 1420,1 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 964,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 707,4 manat təşkil etmişdir.

Cədvəl 25

2023-cü ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

2023-cü il 

 

2022-ci ilə 

 nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

Cəmi

11179

652,6

116,4

100,0

 

ondan:

 

 

 

 

 

dövlət mülkiyyəti

7008

651,2

111,7

99,8

 

qeyri-dövlət mülkiyyəti

4171

654,6

125,0

100,3

 

o cümlədən:

 

 

 

 

A

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

428

523,9

120,9

80,2

B

Mədənçıxarma sənayesi

310

959,2

116,9

146,9

C

Emal sənayesi*)

836

1115,7

146,5

170,9

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

246

851,4

111,8

130,4

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

163

501,9

115,0

76,9

F

Tikinti

140

570,6

113,3

87,4

G

Ticarət; nəqliyyat vasitələrinin  təmiri*) 

2382

462,5

112,7

70,8

H

Nəqliyyat və anbar təsərrüfatı

236

868,6

87,8

133,0

İ

Turistlərin yerləşdirilməsi və ictimai iaşə                       

88

457,1

130,0

70,0

J

İnformasiya və rabitə

120

543,6

106,8

83,2

K

Maliyyə və sığorta fəaliyyəti

126

1420,1

105,2

217,6

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

41

405,8

114,7

62,1

M

Peşə, elmi və texniki fəaliyyət

40

519,1

128,1

79,5

...  ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

308

472,8

109,2

72,4

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

623

964,6

110,8

147,8

P

Təhsil

3093

589,7

110,9

90,3

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1379

707,4

119,6

108,3

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

589

474,2

121,2

72,6

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

31

721,2

119,1

110,5

*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 8 

2023-cü və 2022-ci illərdə rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla 

Demoqrafik vəziyyət

01.01.2024-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20,1 min nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 65,3 min nəfər (68,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 10,8 min nəfər (10,8 faiz) əhali vardır. Qazax rayonu üzrə əhalinin sayı 2023-cü ildə 433 nəfər artaraq 01.01.2024-cü il tarixinə 96 min 206 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 318 nəfər) kişilər, 50,8 faizini (48 min 888 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü il

 

2022-ci il

artım(+)

azalma(-)

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən,

faizlə

Ümumi artım

433

510

-77

4,5

5,3

84,9

Təbii artım

421

481

-60

4,4

5,0

88,0

Doğulanlar

1140

1247

-107

11,9

13,1

90,8

Ölənlər

719

766

-47

7,5

8,0

93,8

Nikahlar

559

669

-110

5,8

7,0

82,9

Boşanmalar

163

125

+38

1,7

1,3

130,8

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ildə rayonda 1140 nəfər doğulan körpə, 719 ölüm, 559 nikaha daxilolma, 163 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 11,9, ölənlər 7,5, nikahlar 5,8, boşanmalar 1,7  təşkil etmişdir.

Qrafik 9

2023-cü və 2022-ci ildə demoqrafik göstəricilər, nəfərlə

Cədvəl 27

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/S

Miqrasiya göstəriciləri

 

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü il

2022-ci il

2023-cü il

2022-ci il

1

Miqrasiya  saldosu

+12

+29

0,1

0,3

2023-cü il ərzində rayon üzrə miqrasiya saldosu müsbət 12 nəfər təşkil etmişdir.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi

Keçidlər