İcra Hakimiyyəti
Sərəncamlar
Qazax Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 9-23/235
Qazax şəhəri “ 14 ” may 2025-ci il
Qazax rayonunun Daş Salahlı kəndində olan
Səməd ağa Ağamalıoğlu küçəsinin adının
dəyişdirilməsi haqqında
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci və 4.11.17-ci yarımbəndlərinə əsasən, RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 13.05.2025-ci il tarixli 01 saylı Protokolunu nəzərə alaraq Qərbi Azərbaycanın ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal Göyçə mahalının Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazi olduğuna görə həmin adın əbədiləşdirilməsi məqsədi ilə
Q Ə R A R A A L I R A M :
- Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 13.05.2025-ci il tarixli qərarı (Protokol № 01) nəzərə alınsın.
- Qazax rayonunun Daş Salahlı kəndində olan Səməd ağa Ağamalıoğlu küçəsinin adı dəyişdirilərək “Göyçə” küçəsi adlandırılsın.
- Sərəncamın surəti aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Qazax Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə, Qərb Regional Enerji Təchizatı və Satış İdarəsinə, Şəmkir Regional Qaz İstismar İdarəsinə, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə göndərilsin.
- Qazax rayonunun əhalisini maarifləndirmək məqsədilə ad verilmiş küçə barədə məlumat kütləvi informasiya vasitələrində yayımlansın.
- Sərəncamın icrasına nəzarət RİH başçısının müavini Həsənova Gulaya Ziyad qızına həvalə edilsin.
Rəcəb Babaşov







